Karfagen

Karfagen
𐤒𐤓𐤕𐤇𐤃𐤔𐤕
36°51′09″ şm. e. 10°19′24″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub IX əsr
Ləğv olunub e.ə. 146
Xəritəni göstər/gizlə
Karfagen xəritədə
Karfagen
Karfagen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karfagen və ya Qartac[mənbə göstərin] (az.-əski. قرطاج‎, tələffüzü Qartaj; puni. 𐤒𐤓𐤕𐤇𐤃𐤔𐤕, tələffüzü Qart-hadaşt — "yeni şəhər"; q.yun. Καρχηδόνα; lat. Carthago) — müasir Tunis şəhərinin yaxınlığında dağınıq şəhər, eyniadlı qədim imperiyanın paytaxtı.

Karfagen əsası e.ə 825-ci ildə finikiyalılar tərəfindən qoyumuşdur. E.ə VI-cı əsrdə öz metropoliyasıTirdən — ayrılmış və müstəqil dövlət olmuşdur. Karfagenin yerləşdiyi əlverişli yarımada coğrafi vəziyyəti onu qurudan əlçatmaz edirdi və Aralıq dənizi sahili ölkələri ilə ticarəti üçün yaxşı imkanlar yaradırdı. E.ə VIII–VII əsrlərdə Karfagen Şimali Afrika, Cənubi İspaniya, Qərbi Siciliyada bir sıra koloniyaların əsasını qoydu. E.ə V əsrdən Karfagendə respublika idarə üsulu mövcuddur. Xalq yığıncağı həlledici rol oynamırdı, əsas hakimiyyət aristokratik oliqarxiyadan olan sərkərdələrin əlində cəmləşirdi. Dövlətin idarəsində iki seçkili hakim — suffet — dururdu. Karfagendə əksər şəhər-dövlətlərində olduğu kimi təmsilçilik hakimiyəti var idi. Ali hakimiyət aristokratiyanın əlində idi. Ali təsisat 10 (sonralar 30) nəfərdən ibarət ağsaqqallar şurası idi. E.ə 450-ci ildə bəzi nəsillərin (əsasən Maqonların) hakimiyətini məhdudlaşdırmaq üçün hakimlər şurası yaradılır. 104 nəfərdən ibarət olan bu orqan, ilk olaraq vəzifə səlahiyyətləri qurtaran məmurların mühakiməsi idi, tədricən bu orqan bütün hakimiyyəti öz əlində cəmləşdirir.

30 nəfərdən ibarət Dövlət aristokratiya şurası ali hakimiyyəti təmsil edirdi. Karfagendə iri quldar təsərrüfatları və sənətkarlıq istehsalı inkişaf etmişdi. Bu təsərrüfatlarda nəinki ancaq qulların, eləcə də yarıazad asılı istehsalçıların — bodların — əməyindən də istifadə olunurdu. Sosial quruluşa görə Karfaqen etnik əlamətə görə bir neçə təbəqəyə bölünürdü. Finikiyadan gəlmələr tam hüquqlu sayılırdı, bütün başqa etniklər o cümlədən yunanlar "Sidon hüququ" hüququna malik idil. Ən haqsız təbəqə-etnik liviyalılar hesab olunurdu.

Tabe edilmiş ölkələrin əhalisi tez-tez, qəddarlıqla yatırılan üsyanlar edirdi. Karfagenin müharibələri işğalçı səciyyə daşıyırdı. Ordusu piyadalardan, suvarilərdən, döyüş arabalarından və döyüş fillərindən ibarət idi. O mühasirə və sapand silahlardan istifadə edirdi. Güclü donanmanın rolu çox əhəmiyyətli idi. Ordunun nüvəsini "piyada müqəddəs qoşun" adlanan və əyanlardan ibarət qoşun təşkil edirdi. Əyanlar atlı qoşunda da iştirak edirdilər. Ordunun ikinci hissəsi muzdlu, asılı və müttəfiq afrikalı dəstələrdən təşkil olunurdu. Karfagenlilərin döyüş qaydaları: ortada piyadalardan, cinahlarda suvarilərdən ibarət idi. Ön cəbhə yüngül silahlanmış döyüşçülərlə müdafiə olunurdu. Qoşun adətən, möhkəmləndirilmiş, qorunan düşərgədə yerləşirdi. Qoşun işğal etdiyi ölkənin hesabına dolanırdı. Karfagenin tarixində Pun müharibələri önəmli yer tutur. E.ə I əsrdə Karfagen, bu dəfə artıq Roma koloniyası kimi bərpa olundu. 439-cu ildə Karfagen Vandal krallığının paytaxtı oldu. 533-cü ildə Bizans tərəindən azad edildi. 698-ci ildə ərəblər tərəfindən alındı və birdəfəlik dağıdıldı. Qalıqları müasir Tunisin yaxınlığındadır.

  1. 1 2 ArchINFORM (alm.). 1994.

Developed by StudentB